Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO sədri Rauf Vəliyev xarici sularda üzən “Aframax” tipli “Şuşa” gəmisində olub 11.12.2023 16:04 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev Türkiyənin İzmir şəhərindəki Aliağa limanında Azərbaycan bayrağı altında beynəlxalq sularda üzən “Aframax” tipli “Şuşa” gəmisini ziyarət edib. Sədr əvvəlcə gəmi heyətinin iş şəraiti ilə yaxından tanış olub, onların problemləri ilə maraqlanıb, təklif və istəklərini dinləyib. Rauf Vəliyev daha sonra komandir heyəti ilə görüşərək gəminin istismarına və idarə edilməsinə dair fikir mübadiləsi aparıb. Gəmi kapitanına beynəlxalq standartlara uyğun yükdaşıma fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlarını verib, liman nəzarət müfəttişləri tərəfindən aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə əməl etməyin vacibliyini diqqətə çatdırıb. Həmçinin sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik, nizam-intizam kimi məsələlərə toxunub və bu istiqamətdə dənizçilərin məsuliyyət və öhdəliklərindən danışıb. ASCO sədri gəminin heyət üzvlərinə yükdaşımalarda oynadıqları fəal rola görə təşəkkürünü bildirib, dənizçilərə xoş səfərlər arzulayıb. Qeyd edək ki, “Aframax” tipli “Şuşa” gəmisi 15 iyun 2023-cü ildə, Milli Qurtuluş Günündə ölkəmizin hüdudlarından xeyli uzaqda – Sinqapurda istismara qəbul edilib və gəmidə üçrəngli bayrağımız qaldırılıb. Digər “Aframax” tipli tankerlər kimi, “Şuşa” gəmisinin də dedveyti (yəni, ümumi yükgötürmə qabiliyyəti) təxminən 115,000 tona malikdir.