× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO üzrə cari ilin doqquz ayında 548,963 ton tullantı təkrar emala yönləndirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üzrə 2023-cü ilin yanvar-noyabr ayı ərzində ümumilikdə 548,963 ton tullantı təkrar emala göndərilib.

Bu tullantıların 1,075 tonu kağız, 1,174 tonu plastik, 2,75 tonu əlvan metal, 543,964 tonu qara metal olub.

Tullantılar çeşidlənmiş formada aidiyyatı üzrə təkrar emal müəssisələrinə təhvil verilib.

Qeyd edək ki, ASCO-da təkrar emalın əhəmiyyəti barədə əməkdaşlar arasında mütəmadi maarifləndirmə işləri həyata keçirilir, müxtəlif aksiyalar təşkil olunur. Belə tədbirlərin məqsədi təkrar emala dəstəyi artırmaq, ekologiyaya töhfə vermək və gələcəyə qayğı ilə yanaşmanı aşılamaqdan ibarətdir.