Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Dənizçilərin beynəlxalq standartlara uyğun tibbi müayinəsi haqqında məlumat kitabçası çap olunub 13.06.2019 09:54 Dənizçilərin beynəlxalq standartlara uyğun tibbi müayinəsi haqqında məlumat kitabçası çap olunub. Kitabçada dənizçilərin tibbi müayinəsi zamanı rəhbər tutulan qaydalar barədə geniş məlumat verilib. Beynəlxalq Dəniz Təşkilatı (İMO) tərəfindən tibbi müayinələr həyata keçirmək və tibbi sertifikatlar vermək səlahiyyətinə malik tibb müəssisələri üçün təlimatla da kitabça vasitəsilə tanış olmaq mümkündür. Həmçinin, burada dənizçilərin beynəlxalq tibbi yararlılıq meyarları üzrə ümumi test sualları nümunələri də yerləşdirilib. Kitabçanın layihə rəhbəri “Dənizçilər poliklinikası” MMC-nin həkimi Adıgözəl Məmmədovdur. Hələlik Azərbaycan dilində olan nəşrin gələcəkdə digər dillərdə də çapı nəzərdə tutulur. Kitabçanın elektron variantı ilə ASCO-nun rəsmi www.asco.az saytının “e-nəşrlər” bölməsindən tanış ola bilərsiniz. Qeyd edək ki, ASCO-da işçilərin sosial problemlərinin həllinə xüsusi həssaslıqla yanaşılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Sosial proqramlar daxilində ASCO işçilərinin tibbi sağlamlığına da ciddi diqqət yetirərək dənizçilərin tibbi müayinəsini beynəlxalq tələb və göstəricilərə uyğun həyata keçirir.