× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da Braemar şirkətinin nümayəndələri ilə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) dəniz nəqliyyatı sahəsində ixtisaslaşan Braemar şirkətinin İcraçı direktoru Ceyms Gundinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev qonaqlara rəhbərlik etdiyi şirkətin tarixi və göstərdiyi çoxşaxəli xidmətlər barədə ətraflı məlumat verib. Bildirib ki, ASCO 165 illik zəngin tarixə malik gəmiçilik şirkəti kimi Xəzər dənizində və Xəzərdənkənar hövzələrdə müxtəlif növ yüklərin daşınmasını həyata keçirir. Şirkət həmçinin Xəzər dənizində neft-qaz kəşfiyyatı və hasilatı sənayesinə xidmət edən müxtəlif tip gəmiləri özündə birləşdirir.

Braemar şirkətinin İcraçı direktoru Ceyms Gundi öz növbəsində təmsil etdiyi şirkət barədə geniş təqdimatla çıxış edib.

Görüşdə tanker və quru yük daşıma bazarındakı mövcud vəziyyət, gəmi inşası, eləcə də təkrar bazarda gəmi alqı-satqısına dair müzakirələr edilib.

Tərəflər əməkdaşlıq imkanlarından danışaraq birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparıblar.