× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO kollektivi Zəfər parkını ziyarət edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi və əməkdaşları 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakıda inşası davam edən Zəfər parkını ziyarət ediblər.

Dənizçilər 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini ehtiramla yad edib, parkın girişində xatirə daşının önünə gül dəstələri qoyublar.