× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO nümayəndəsi Dinamik Mövqe Saxlama təlimlərinə həsr olunmuş konfransda iştirak edib

“Azәrbaycan Xәzәr Dәniz Gәmiçiliyi” QSC-nin (ASCO) Azәrbaycan Dövlәt Dәniz Akademiyasının Tәlim Tәdris Mәrkәzinin direktoru Emil Manafov Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute”  təşkilatının Dinamik mövqe saxlama (DP) təlimləri ilə bağlı Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən iclasında iştirak edib.

Üç gün davam edən iclasda DP təlimlərinin təşkili zamanı yeni metodların tətbiqinə dair mühüm müzakirələr aparılıb. Həmçinin, təlim prosesində ortaya çıxan problemlər müzakirə olunub.

“The Nautical İnstitute” təşkilatı 2017-ci ildə Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır.

Hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 79 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.