× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO əməkdaşları arasında şahmat turniri təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında şahmat turniri təşkil olunub.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi turnirdə dənizçilər böyük həvəslə iştirak ediblər.

Yarışın nəticəsinə görə, Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Toğrul Behbudov birincilik əldə edib. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşları Hafiz İbrahimov ikinci, Rəvan Poladzadə üçüncü yerdə qərarlaşıblar.

Qaliblər mükafatlandırılıb və diplomla təltif ediliblər.

Qeyd edək ki, ASCO-da mütəmadi keçirilən bu cür yarışların əsas məqsədi əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği və onların asudə vaxtlarının səmərəli təşkilidir.