Xəbərlər

“Süleyman Vəzirov” borudüzən gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərini uğurla yekunlaşdırıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərini uğurla yekunlaşdırıb.
Gəmi ilə dörd düyümlük qaz boru xəttinin “Lam-B” platformasından “Lam-C” platformasına və "Lam-B" platformasından "Lam-28" platformasınadək çəkilməsi həyata keçirilib.
Qeyd edək ki, ümumilikdə 5 kilometr uzunluğu olan xəttin çəkilişi üzrə işlərə cari ilin martında başlanılmışdı.