Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ABS-nin nümayəndələri ASCO-da seminar keçirib 28.05.2019 08:31 Amerika Gəmiçilik Bürosunun (ABS) Bakı ofisinin nümayəndəsi Ryan Salamti, Xəzər dənizi regionu üzrə meneceri Seyfəttin Tatlı və Yunanıstan (Afina) ofisinin nümayəndəsi Stamatis Fradelos “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbər heyəti və ASCO-nun alyans tərəfdaşı olan “Caspian Marine Servises”in (CMS) əməkdaşları üçün seminar keçirib. Seminarda qlobal gəmiçilikdə tətbiq olunan yeniliklər haqqında geniş məlumat verilib. Qeyd olunub ki, artıq bu sahədə ciddi addımlar atılır. 2020-ci ildən isə dünya gəmiçiliyində texnoloji baxımdan yeniliklərin tətbiqi daha geniş vüsət alacaq. ABS nümayəndələrinin sözlərinə görə, qarşıdakı illərdə dünya sularında üzəcək gəmilər çoxfunksionallığı ilə yanaşı, ekoloji baxımdan da ətraf mühitə daha az ziyan vuracaq. Buna əsas töhfəni Beynəlxalq Dəniz Təşkilatının (IMO) yeni tələbləri verəcək. Bu tələblər 2020-ci ildən etibarən dəniz gəmilərinin yüksək kükürdlü yanacaqdan istifadəsini məhdudlaşdırır. İnteraktiv formatda baş tutan seminara ASCO-nun Türkiyə ofisinin nümayəndələri də birbaşa video bağlantı ilə qoşulublar. Qeyd edək ki, eyni formatlı seminar günün ikinci yarısında Azərbaycan Dövlət Dəniz Akademiyasında da keçirilib.