Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Şuşa” tankerinin ilk səfəri uğurla başa çatıb 07.08.2023 10:10 “Aframax” tipli “Şuşa” tankeri ilk səfərini uğurla başa vurub. Gəmi 29 iyul tarixində Libiyanın Es Sider limanında xam neftlə yüklənib və İtaliyanın Augusta limanına doğru yola çıxıb. “Aframax” tipli tankerin ilk səfəri uğurla tamamlanıb və təyinat limanında yük təhlükəsiz şəkildə gəmidən boşaldılıb. Qeyd edək ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan "Aframax" tipli 3 tankerin hər birinin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 000 tondur və onlar Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında istismar ediləcəklər. Onu da əlavə edək ki, “Aframax” tipli tankerlərin alınması Prezident İlham Əliyevin birbaşa dəstəyi və diqqəti ilə mümkün olub. Bununla yanaşı, sözügedən nəhəng gəmilər ölkə rəhbərinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən tarixi torpaqlarımızın şərəfinə adlandırılıb.