Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndələri ilə görüş keçirilib 28.07.2023 18:28 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu bildirən ASCO sədri Rauf Vəliyev qonaqlara Ulu öndərin milli gəmiçiliyin inkişafındakı misilsiz xidmətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Ümummilli liderin missiyasını hazırda Prezident İlham Əliyev uğurla davam etdirir və onun rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə, o cümlədən dəniz nəqliyyatı sahəsində davamlı inkişaf edir. Sədr onu da qonaqların diqqətinə çatdırıb ki, cari il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illik yubileyi tamam olur. Bu əlamətdar ildə şirkət tarixində ilk dəfə hər birinin nominal qiyməti 1000 ABŞ dolları olan 5 il müddətli 100 min ədəd istiqraz dövriyyəyə buraxıb. İstiqrazlardan cəlb olunan vəsait milli gəmiçiliyin Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, “Aframax” tipli üç tankerin (“Şuşa”, “Qarabağ”, “Zəngəzur”) alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönləndirilib. Bu tipli nəhəng gəmilərin alınması və istismara verilməsi dənizçilik tariximizdə ilkdir. Daha sonra qonaqlara ASCO-nun fəaliyyətindən və göstərdiyi xidmətlərdən bəhs edən video təqdim olunub. AİİB-in vitse-prezidenti Konstantin Limitovski çıxışında dövriyyəyə buraxılan istiqrazlar münasibətilə ASCO-nu təbrik edib. O, sözügedən istiqrazları böyük uğur hesab etdiyini bildirib. Konstantin Limitovski çıxışında AİİB-in fəaliyyəti, əməliyyat portfeli haqqında geniş məlumat verib. Bildirib ki, təmsil etdiyi qurum yarandığı gündən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu əməkdaşlığın davamlı olmasına daim maraq göstərir. Görüş tərəflər arasında əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələrlə davam edib.