× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO sədri “Əməkdar mühəndis” Balakişi Səfərovu yubileyi münasibətilə təbrik edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Donanmanın texniki-istismarı departamentinin rəisi,  “Əməkdar mühəndis” Balakişi Səfərov 60 illik yubileyini qeyd edir. Bu münasibətlə ASCO-da Balakişi Səfərovla görüş keçirilib.

ASCO-nun sədri Rauf Vəliyev yubilyarı təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Balakişi Səfərovun gəmiçilik sahəsindəki fəaliyyətini yüksək qiymətləndirən Sədr dənizçiliyin inkişafına verdiyi töhfələrə görə ona təşəkkürünü bildirib.

Yubilyar öz növbəsində xoş münasibətə, göstərilən diqqət və qayğıya görə ASCO-nun rəhbərliyinə minnətdarlıq edib.

Balakişi Səfərov 1963-cü il iyulun 18-də Bakı şəhərində dünyaya göz açıb.

1982-ci ildə Bakı Dəniz Yolları Məktəbini “Gəmi güc qurğularının istismarı/gəmi mexaniki”, 1990-cı ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu “Gəmi güc qurğularının istismarı/gəmi mühəndisi-mexanik” ixtisası üzrə bitirib.

Balakişi Səfərov gəmiçilik sahəsində əmək fəaliyyətinə 1983-cü ildə AR DİN hərbiləşdirilmiş yanğından mühafizə orqanlarında işə başlayıb. 2002-ci ildən “Xəzərdənizneft donanması idarəsin”də müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ildən ASCO-nun Donanmanın texniki istismarı departamentinin rəisi işləyir.

Balakişi Səfərovun  fədakar əməyi yüksək qiymətləndirilib. 2014-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına, 2022-ci idə isə 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb. 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Sonda yubilyarla birgə xatirə şəkli çəkdirilib.