× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

"Səbail" Peşəkar Futbol Klubunun yeni İcraçı direktoru kollektivə təqdim olunub

“Səbail” PFK-nın rəhbərliyi ilə klub üzvlərinin iclası keçirilib. İclasda növbəti mövsümün hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.
 
ASCO-nun İdarə Heyətinin  və “Səbail” PFK  Müşahidə Şurasının sədri  Rauf Vəliyev klubun sabiq İcraçı direktoru Fərəc Əliyevə fəaliyyətinə görə təşəkkür edib. 
 
Daha sonra klubun Müşahidə Şurasının üzvü Firuz Abdullanın İcraçı direktor təyin olunması ilə bağlı kollektivə məlumat verilib. Firuz Abdullaya yeni işində uğurlar arzulanıb.