× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

"V.Group"un “ShipSure” dəniz rəqəmsal platformasının ASCO-da təqdimatı olub

Dünyanın aparıcı gəmi idarəetmə şirkətlərindən olan “V.Group” nümayəndələri təcrübə mübadiləsi məqsədilə ASCO əməkdaşları ilə keçirdikləri görüşdə “ShipSure” dəniz rəqəmsal platformasının təqdimatını ediblər.

“V.Group”un nümayəndələri bildiriblər ki, “ShipSure” 15 il əvvəl yaradılıb  və  bir sıra üstünlüklərə malikdir. Qlobal gəmi idarəetmə platforması ayrı-ayrı sahələr üzrə məlumatların (əməliyyat, texniki, maliyyə, biznes və donanma məlumatları) toplanmasında və müştərilərə çatdırılmasında mühüm rol oynayır.

İstifadə rahatlığı ilə seçilən proqrama iOS və ya Android cihazları, o cümlədən kompüterlər vasitəsilə daxil olmaq mümkündür.