× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun “Instagram” hesabı rəsmi mavi tanınma nişanı ilə təsdiqlənib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Instagram” hesabı (https://www.instagram.com/asco.az/ ) rəsmi mavi tanınma nişanı ilə təsdiqlənib.

Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan “Instagram”dan ASCO-nun fəaliyyətinə dair məlumatların operativ şəkildə ictimaiyyətə, o cümlədən Kütləvi İnformasiya Vasitələrinə çatdırılması üçün istifadə olunur.

Mavi nişanla təsdiqlənmə (“Verified Page”) səhifənin orijinallığına, ardıcıl və mötəbər məlumatlar mənbəyi olmasına, aktivliyinə, nüfuzuna dəlalət edir. Bu nişan izləyici kontingentinin orijinal, rəsmi, dürüst səhifələri saxta səhifələrdən ayırd edə bilməsinə və düzgün istiqamətlənməsinə yardımçı olur.

ASCO-nun “Instagram” hesabı ilə yanaşı, “Facebook” ( https://www.facebook.com/ASCO.Azerbaijan.Official ), “Twitter” (https://twitter.com/ASCO_CJSC), “LinkedIn” (https://www.linkedin.com/company/4786480/admin/ ) və “Youtube” (https://www.youtube.com/watch?v=vLUqa3JQj-U ) sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir. Ötən dövrdə qurumun "Facebook" səhifəsi də rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.