Xəbərlər

ASCO-nun saytında “e-nəşrlər” bölməsi yaradılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi internet səhifəsi olan www.asco.az saytında yeni “e-nəşrlər” bölməsi yaradılıb. Bölmədə oxucular Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı yazılan kitabların elektron variantı ilə tanış ola bilərlər.
Artıq “Azərbaycanda gəmiçilik: sənədli tarix” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” kitabları bölməyə yerləşdirilib. Bölmə orada yerləşdirilən kitabların daha geniş oxucu kütləsi tərəfindən mütailəsinə şərait yaradacaq.
Gələcəkdə “e-nəşrlər” bölməsinin daha da zənginləşdirilməsi nəzərdə tutulur.