× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş göz müayinəsi aksiyası davam edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) aparatında “Dünyaya sağlam baxaq” devizi altında görkəmli oftalmoloq, Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirilib.

Aksiya çərçivəsində əməkdaşların gözləri müayinə edilib. Müayinələrin nəticələrinə uyğun olaraq onlara tövsiyələr verilib.

 “Paşa Sığorta” ASC və Dünyagöz Xəstəxanasının tərəfdaşlığı ilə həyata keçirilən aksiyanın əsas məqsədi göz xəstəlikləri ilə bağlı monitorinqin aparılmasından ibarətdir.

Qeyd edək ki, aprelin əvvəlindən başlayan tibbi aksiyanın sonuncu ünvanı Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) olacaq. Oftalmoloq-həkimlər 19 apreldə ADDA-nın əməkdaşlarının gözlərini müayinə edəcəklər.