× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Səbail rayonu ərazisində keçirilən ağacəkmə aksiyasında ASCO əməkdaşları da iştirak ediblər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Yeni Azərbaycan Partiyası (YAP) Səbail Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

YAP Səbail rayon təşkilatının qərargahının qarşısında təşkil olunan tədbirdə ASCO rəhbərliyi və əməkdaşları, YAP Səbail rayon təşkilatının sədri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və partiya fəalları iştirak ediblər.

Aksiya iştirakçıları ərazidə 300 ədəd şam ağacı əkib, suvarıb və onlara aqrotexniki qulluq göstəriblər.

Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırması kömək etməklə təbiətə töhfə verməkdir.