Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Atamoğlan Kərimov” kran gəmisi əsaslı təmir olunub 13.04.2023 09:44 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Atamoğlan Kərimov” kran gəmisinin əsaslı təmir işləri başa çatıb. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş və köməkçi mühərriklər, braşpil və şpil qurğuları, nasoslar, boru sistemləri təmir edilib, avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar da müasir tələblərə uyğun yenilənib. Gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib. Gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub. Təmirdən sonra “Atamoğlan Kərimov” kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb. Məlumat üçün bildirək ki, “Atamoğlan Kərimov” kran gəmisinin uzunluğu 63,8, eni 15 metrdir. Gəmi 1520 at gücündə mühərriklə təchiz olunub və sürəti 11,24 uzeldir.