× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əməkdaşlar üçün göz müayinəsi aksiyası təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Dünyaya sağlam baxaq” devizi altında göz müayinəsi aksiyasını davam etdirir.

Profilaktiki tibbi aksiya çərçivəsində oftalmoloqlar bu dəfə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) olublar. Həkimlər ZGTTZ və bura yaxın ərazidə yerləşən digər strukturların əməkdaşlarını müayinələrdən keçirərək onlara  müalicə ilə bağlı tövsiyələr veriblər.

Oftalmoloq-həkimlər aksiya çərçivəsində 13 apreldə “Bibiheybət” Gəmi Təmiri Zavodunda, 17 apreldə ASCO-nun aparatında, 19 apreldə Azərbaycan Dövlət Dəniz Akademiyasında olacaqlar. ASCO-nun tərkibində fəaliyyət göstərən digər strukturlarda çalışan əməkdaşlar isə qeyd olunan tarixlərdə özlərinə yaxın ərazidə yerləşən idarəyə yaxınlaşmaqla müayinədən keçə bilərlər.

Qeyd edək ki, “Paşa Sığorta” ASC və Dünyagöz Xəstəxanasının tərəfdaşlığı ilə keçirilən tədbirin məqsədi göz xəstəlikləri ilə bağlı monitorinqin aparılması və tibbi məsləhətlərin verilməsindən ibarətdir.