× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə töhfə verir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) idarə və təşkilatlarında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası davam etdirilir.

Cari ildə Donanma, Zavod və digər strukturların ərazilərində 150-si şam, 450-si zeytun, 91-i çinar olmaqla, ümumilikdə 691 ağac əkilib. 

Bundan başqa, bu il ASCO əməkdaşlarının iştirakı ilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində də genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Bu aksiya çərçivəsində 2060 şam və zeytun ağacı əkilib.

Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğı ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyam bu cür ekoloji kampaniyalar ASCO tərəfindən bundan sonra da mütəmadi olaraq təşkil olunacaq.