× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Xəzər dənizinin ən böyük barjı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “STB-1” barjı təmir edilib. Proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.

Təmir müddətində üzən vasitənin sualtı və suüstü hissəsi təmizlənib və rənglənib, Bundan başqa, barjın dib-yan armaturlarının təmiri də yerinə yetirilib.

Təmirdən sonra “STB-1” heyəti üzvləri və Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Barj artıq tərsanədən suya buraxılıb və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

Məlumat üçün bildirək ki, “STB-1” barjının uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18000 tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir.

“STB-1” dəniz stasionar platformalarının tikintisi üçün böyükölçülü dayaq bloklarının daşınmasında istismar olunur.