× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Bakı-Türkmənbaşı-Bakı xəttində gəmi daşımaları tariflərinə endirim edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 mart 2023-cü il tarixindən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə yük avtomaşınları (TİR) daşımaları tariflərinə endirim tətbiq edib.

Bir standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1072 ABŞ dollar əvəzinə 1000 ABŞ dollar həcmində müəyyənləşdirilib.

Sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 1716 ABŞ dollar deyil, 1600 ABŞ dollar olacaq.

Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib qaydada hesablanacaq.

Onu da qeyd edək ki, fevralın əvvəlindən sözügedən istiqamətdə minik avtomobilləri də endirimli tariflərlə daşınır. Hazırda minik avtomobilinin gəmi ilə daşınma qiyməti 325 ABŞ dollar deyil, 200 ABŞ dollar təşkil edir.

Tariflərin ucuzlaşması Türkmənistan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən əlverişli şəraitin yaradılmasına yönəlib.