× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO donanmalarının sıravi heyətinə işə qəbulla bağlı test imtahanları keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnsan resurslarının idarəedilməsi departamenti (İRİD) tərəfindən donanmaların sıravi heyətinə işə qəbulla bağlı test imtahanları keçirilib.

3-4 aprel tarixlərində baş tutan imtahanlarda namizədlərə iki saat vaxt verilib. Bu müddətdə onların sahə üzrə nəzəri bilikləri yoxlanılıb.  Nəticələr barədə məlumat dərhal verilib və bununla bağlı müvafiq sənəd təqdim olunub.

Prosesin gedişatını Audit və İnsan resurslarının idarəedilməsi departamentlərinin əməkdaşları izləyiblər.  İmtahanlar tam şəffaf qaydada baş tutub.

İmtahanlarda iştirak edənlərin əksəriyyəti  müxtəlif illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası və ADDA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin məzunları olublar.  

Xatırladaq ki, ASCO-da işə qəbul olunmaq istəyən şəxslər www.asco.az korporativ veb-səhifəsinin “Karyera” bölməsinə daxil olmalı, daha sonra burada yerləşdirilən vakansiyaların meyarlarına uyğun olan namizədlər vahid elektron müraciət formasını doldurmalıdırlar.