Xəbərlər
![](https://www.asco.az/sites/default/files/asco-ichsehife.jpg)
Futbol turnirinin 8-ci turunda ASCO futbolçuları Müdafiə Sənayesi Nazirliyinin komandasını məğlub edib
52 dövlət qurumunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri davam edir.
Turnirin 8-ci turunda ASCO-nun komandası Müdafiə Sənayesi Nazirliyinin futbolçuları ilə üz-üzə gəlib. Qarşılaşma 2:0 hesabı ilə ASCO-nun qələbəsi ilə başa çatıb.
Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə dövlət qurumları arasında təşkil etdiyi yarış 2023-cü il mayın 6-dək davam edəcək.