× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Zəngəzur” tankeri əsaslı təmir edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Zəngəzur” tankeri əsaslı təmir edilib.  “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər tam uğurla başa çatdırılıb.

Təmir müddətində gəminin sualtı  və  su üstü  hissəsi,  baş  göyərtəsi, maşın  şöbəsi və üst  qurumu  təmizlənib və  rənglənib.

Maşın  şöbəsində  baş və köməkçi  mühərriklər, köməkçi  mexanizmlər,  qurğular təmir olunub.  Avar  valları  yenilənib, göyərtədə  və  maşın  şöbəsində   boru  işləri yerinə yetirilib. Həmçinin,  gəmi  üzrə  elektrik  quraşdırma  və avtomatika işləri görülüb.

Bununla belə, gəminin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar da yenilənib.

Tanker artıq dəniz sınağından uğurla çıxıb və yenidən yükdaşımalara cəlb edilib.

“Zəngəzur”-un yükgötürmə qabiliyyəti 13 min tona bərabərdir. Gəminin uzunluğu 150, eni 17,3, suya oturumu isə 7,14 metrdir.

ASCO-nun tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO üçün iki yeni tanker tikilir. Onlar biri – “Laçın” tankeri inşasının növbəti mərhələsininin həyata keçirilməsi məqsədi ilə  bu günlərdə suya buraxılıb. Sözügedən tanker 2019-cu ilin iyununda tam istismara veriləcək.