× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA-da “Müasir dənizçilik dünyasına baxış” mövzusunda seminar keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələr üçün “Müasir dənizçilik dünyasına baxış” mövzusuna həsr olunmuş seminar keçirilib.

50-dək tələbənin iştirak etdiyi təlimi ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakis aparıb.

Titos Giannakakis iştirakçılara beynəlxalq dənizçilik şirkətləri və onların təcrübələri barədə geniş məlumat verib. Dünyada baş verən dəniz qəzalarından, onların səbəblərindən və sayının azaldılması yollarından danışıb.

Həmçinin, təlim zamanı Beynəlxalq Dəniz Təşkilatı (İMO) və onun tarixi barədə də ətraflı söz açılıb.   

Seminar interaktiv formada aparılıb, tələbələrin sualları cavablandırılıb, fikirləri dinlənilib.