Xəbərlər

ASCO “Dost Xonçası” aksiyasına qoşuldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşıdan gələn Novruz bayramı ilə əlaqədar başlatdığı “DOST Xonçası” kampaniyasına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) olaraq biz də qoşulduq.
Kampaniya çərçivəsində Səbail rayonunda tənha yaşayan 85 yaşlı Nadir Hüseynovun qapısını döydük, dənizçilər adından bayramını təbrik etdik.
Aksiyanı “DOST Xonçası” adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Bakı Beynəlxalq Dəniz Ticarət Limanına ötürdük.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi bu nəcib aksiyada əsas məqsəd tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını təşviq etməkdir.
Bu aksiyaya hər qurum və ya hər kəs qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə facebook səhifəsində postlarını #dostxonçası “hashtag”ı altında paylaşmaları xahiş olunur.