Xəbərlər
![](https://www.asco.az/sites/default/files/asco-ichsehife.jpg)
Futbol turnirində ASCO təmsilçiləri növbəti uğurlarını qazanıblar
Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan mini-futbol Federasiyasının təşkilati dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol turniri davam edir.
Ötən həftə “Azəristilik” komandasını 7:1 hesabı ilə məğlub edən ASCO təmsilçiləi bu dəfə də meydanda rəqiblərini – Mənzil İnşaatı Dövlət Agentliyinin futbolçularını üstələməyi bacarıblar. ASCO-MİDA qarşılaşması 8:0 hesabı ilə başa çatıb.
Qeyd edək 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandalarının iştirakı ilə baş tutan turnirə noyabrın 19-da start verilib. Oyunlara 2023-cü il mayın 6-da yekun vurulacaq.