× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasının 9, ASCO brendinin təqdimatının 4 ili tamam olur - VİDEO

22 oktyabr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasından 9, ASCO brendinin təqdimatından isə 4  il ötür.

Bu il həm də “Şuşa ili” olduğunu nəzərə alaraq “Suraxanı” gəmi-muzeyində Azərbaycanın mədəniyyət paytaxtının dahi yetirməsi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Qızlar xoru”-nun “Bu gələn yara bənzər” kompozisiyasının ifası ilə bizim üçün əlamətdar günü qeyd etdik.

Layihənin baş tutmasında Mələk Vəlizadənin bədii rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına “Nur” uşaq xoruna, xanəndə Tofiq Həmidov, pianoçu Aytən Rzayeva və violonçel ustası Aydan Rüstəmzadəyə dəstək olub.