× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçılarına xüsusi həssaslıqla yanaşılır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yeni fəaliyyətə başlayan Şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə iş üzrə Komissiyanın üzvləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda görüş keçiriblər.

Görüşdə zavodlarda işləyən şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçılarının müxtəlif xarakterli müraciətlərinə baxılıb. Müraciətlər əsasən kadr məsələlərinə, sosial rifahlarının daha da yaxşılaşdırılmasına, tibbi xidmətlərə dair olub. Onların müraciətlərinin bir qismi yerində həll olunub, digər qismi isə baxılması üçün aidiyyatı üzrə icraata götürülüb.

Komissiya üzvləri bu cür görüşləri ASCO-nun tərkibində fəaliyyət göstərən digər struktur idarələrdə də davam etdirəcəklər.

Qeyd edək ki, ASCO sədri Rauf Vəliyevin əmrinə əsasən yaradılan  Komissiyanın əsas məqsədi şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçılarının müraciətini araşdırmaq və müvafiq qaydada cavablandırmaq, problemlərinin həlli istiqamətində tədbirlər görmək, onların sosial rifahlarının yaxşılaşdırılmasını daha səmərəli təşkil etməkdən ibarətdir.

Şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçılarına ASCO tərəfindən davamlı dəstək və qayğı göstərilir. Bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.  İndiyədək 100-dən çox Vətən müharibəsi iştirakçısı ASCO-da işlə təmin olunub. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Məşğul Marafonu” çərçivəsində 7 nəfər müharibə iştirakçısı işə qəbul edilib. Hər ay həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsində ailəsində şəhid olan ASCO əməkdaşlarına 300, müharibə əlillərinə 200, müharibə iştirakçılarına 150 AZN ödəniş olunur.