× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO nüfuzlu gəmiçilik şirkətləri ilə əməkdaşlıqda maraqlıdır

Fevralın 8-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ( ASCO)  sədri Rauf Vəliyevlə “United Product Tankers”-in icraçı direktoru Kristos Mataranqas və “Columbia Shipmanagement LTD”-nin  icraçı direktoru Andreas Hadyipetrou arasında görüş keçirilib.

ASCO sədri Rauf Vəliyev rəhbərlik etdiyi qurum haqqında qonaqlara ətraflı məlumat verib.  O bildirib ki, 160 illik tarixə malik ASCO bu gün fəaliyyətini beynəlxalq standartlara cavab verən müasir gəmiçilik şirkəti kimi uğurla davam etdirir. Bu baxımdan donanmaların yenilənməsi, əməkdaşların bilik və bacarıqların artırılması da qarşıya qoyulan əsas prioritet vəzifələrdəndir.

Rauf Vəliyev “Columbia Shipmanagement LTD” ilə ASCO arasındakı uğurlu əməkdaşlıqdan da danışıb. Qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində ASCO dənizçiləri  adı çəkilən şirkətin dünya sularında üzən gəmilərində təcrübə keçmək imkanı qazanıblar.

Daha sonra qonaqlar təmsil etdikləri şirkətlər haqqında geniş məlumat veriblər.

Görüşdə gəmiçiliyin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.