× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Azərbaycan” kran gəmisinin "Abşeron" layihəsində iştirakı uğurla başa çatıb

“Abşeron Erkən Hasilat Platforma Kompleksi”nin üst tikilisinin sonuncu AM01 modulunun dayaq blokuna quraşdırması işləri uğurla başa çatıb.

Hər 3 modulun Heydər Əliyev adına Bakı dərin özüllər zavodundan dayaq blokunun olduğu əraziyə çatdırlması və quraşdırılması işlərinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2500 ton yükqaldırma qabiliyyətinə malik  “Azərbaycan” kran gəmisi cəlb edilib.