× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun 6 aylıq yükdaşıma göstəriciləri açıqlanıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) 2022-ci ilin ilk 6 ayı üçün yükdaşıma göstəricilərini açıqlayıb.

Cari ilin 6 ayı ərzində ASCO tankerləri ilə 1,6 milyon ton yük daşıyıb.

Bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 18428 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 17618 ədəd olub.

ASCO-nun universal quru yük gəmiləri ötən yarım il ərzində 564 min ton yük nəql edib.