× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Tranzit yükdaşınmasına məsul dövlət qurumlarının rəhbərləri Bakı Limanında görüş keçirib

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Gömrük Komitəsi sədrinin vəzifələrini icra edən, sədrin birinci müavini Şahin Bağırov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və onların rəhbərlik etdiyi qurumların səlahiyyətli şəxsləri Bakı Limanına səfər edib. Səfər çərçivəsində iştirakçılar Bakı Limanında yükaşırma və tranzit yüklərin operativ daşınması proseslərini yaxından izləyiblər.
 
Daha sonra Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən multimodal logistik əməliyyatların və yükaşırma proseslərinin sürətləndirilməsi üçün aparılan fəaliyyətlər və perspektivlər barəsində müzakirələr aparılıb.