Xəbərlər
![](https://www.asco.az/sites/default/files/asco-ichsehife.jpg)
“Səbail”ın futbolçuları üçün ASCO-nun dəstəyi ilə yaradılan təlim-məşq bazası istifadəyə verilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail” PFK-nın aşağı yaş qrupları üzrə komandalarının ustalıq səviyyəsinin artırılması məqsədilə Xaçmaz rayonunda yaradılan təlim-məşq bazası istifadəyə verilib.
ASCO və “Səbail” rəhbərliyi yeni təlim-məşq bazası və burada yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar.
Təlim-məşq bazasında ilk olaraq uşaqların təlim məşqinə start verilib.
Qeyd edək ki, müasir standartlara cavab verən təlim-məşq bazasında müxtəlif idman oyunların keçirilməsi üçün qum üzərində meydança ilə yanaşı, yeməkxana, oyunçuların gecələməsi üçün yenilənmiş koteclər də fəaliyyət göstərir.