× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun 2020-2021-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2020-2021-ci illəri əhatə edən növbəti, sayca dördüncü Dayanıqlı inkişaf haqqında hesabatı ASCO-nun Müşahidə Şurası tərəfindən təsdiq edilib.

Dayanıqlı inkişaf haqqında hesabat iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətin nəticələrini tam şəffaf açıqlayır, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, korporativ idarəetmə, insan resurslarının idarə olunması və sosial sahələrdə yerinə yetirilmiş işləri, əldə olunmuş nailiyyətləri əhatə edir.

Hesabat beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb, “EY” beynəlxalq audit şirkəti tərəfindən audit olunub, müsbət rəy təqdim edilib və şəffaflıq prinsiplərinə uyğun olaraq ASCO-nun rəsmi internet səhifəsində yerləşdirilib.

ASCO-nun 2020-2021-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatının elektron nüsxəsi ilə BURADAN tanış ola bilərsiniz.