Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Yubiley medalı sahiblərinə təqdim olunub 16.01.2019 16:32 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavinləri, struktur, şöbə və departament rəhbərlərinə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub. Təqdimetmə mərasimində ASCO-nun sədri Rauf Vəliyev ölkəmizdə gəmiçilik sahəsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, istər Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində, istərsə də cənab İlham Əliyevin hakimiyyəti illərində gəmiçilik sahəsinin inkişafı xüsusi diqqətdə saxlanılıb. Azərbaycan dənizçilərinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu xüsusi vurğulayan Rauf Vəliyev bildirib ki, hər il əməyində fərqlənən dənizçilər Prezident İlham Əliyevin sərəncamı ilə müxtəlif ali mükafatlara layiq görülürlər. 160 illik yubiley ərəfəsində gəmiçilik sahəsində fəaliyyətə görə iki yeni medalın təsis edilməsi də bu sahədə çalışanlara diqqətin əyani sübutudur. Sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavinləri, struktur, şöbə və departament rəhbərlərinə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib. Medala layiq görülənlər arasında “Caspian Marine Services Limited” şirkətinin direktoru Zamiq İsmayılov və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev də olub. ASCO-nun Sədri Rauf Vəliyev mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Yubiley medalına layiq görülənlər öz növbəsində əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə söz veriblər. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalını Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində Milli Məclisi təsis edib, Azərbaycan Respublikasının Prezidenti təsdiqləyib.