Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Dənizçi” İstirahət Mərkəzi iyunun 13-dən qapılarını dincəlmək istəyənlərin üzünə açır 08.06.2022 16:31 Xaçmaz rayonunda yerləşən, Xəzərin ləpədöyənində qərar tutan “Dənizçi” İstirahət Mərkəzi iyunun 13-dən qapılarını dincəlmək istəyənlərin üzünə açır. 2, 5 və 7 günlük yollayışlarla burada ürəyiniz istədiyi kimi istirahət edə bilərsiniz. Daş evlərdə qiymətlər 1 nəfər üçün 25 manatdır. ASCO-nun işçiləri və onların ailə üzvləri üçün yollayışların dəyərinin 40 faizini Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ödəyir. Mərkəzdə altı yaşınadək uşaqların istirahəti isə pulsuz olacaq. Yay istirahət mövsümünün müddəti sentyabrın 15-dək müəyyənləşdirilib.