Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Suda sağ qalmaq uğrunda mübarizə təlimi - VİDEO 07.06.2022 11:37 Qəza hallarında qayıq və ya sal olmadıqda dənizçilər fərdi xilasetmə vasitəsi ilə gəmini tərk etməli olurlar. Bu zaman gözlə görünən məsafədə olan obyektə çatmaq üçün suda qalan insanlar bir yerə toplaşaraq zəncir formasında üzürlər. Bir növ komanda işinə bənzəyən bu prosesdə üzməyə sərf olunan enerji hamı arasında bərabər paylanır və heyət üzvləri biri-birinə təkan verərək təyin olunan yerə çatırlar. Bütün bunlar dənizçilərə “Suda sağ qalmaq uğrunda mübarizə” təlimində izah edilir. Təlimi ASCO-nun Təlim Tədris Mərkəzinin hovuzunda peşəkar müəllimlər aparırlar.