× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da müqavilə hüququ və müqavilədən irəli gələn öhdəliklər barədə təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tabeliyində olan qurumların müvafiq əməkdaşlarına müqavilə hüququ və müqavilədən irəli gələn öhdəliklər barədə təlim keçirilib.

Təlimdə mal, iş və xidmətlərin alınması üçün verilən sifarişlərin dəqiqləşdirilməsi, hüquqi qüvvəyə minmiş müqavilələrin icrası ilə əlaqədar rəsmiləşdirmənin, təhvil-qəbul işlərinin düzgün aparılması, müqavilə şərtlərinin icra ardıcıllığının müəyyənləşdirilməsi məsələləri barədə ətraflı məlumat verilib. Bundan başqa, aidiyyəti işçilərin müqavilə öhdəlikləri üzrə vəzifələri izah olunub. Bildirilib ki, bütün bunlar müqavilələrdə sifarişçi qismində çıxış edən ASCO üçün risklərin minimuma endirilməsi üçün vacib şərtlərdəndir.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda keçirilən təlimdə qeyd olunanların praktiki tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb. İştirakçıların sualları və fikirləri dinlənilib.

Bundan əvvəl ASCO-nun Xəzər Dəniz Neft Donanması, Dəniz Nəqliyyat Donanması, İstehsalat Xidmətləri İdarəsi, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu və  müvafiq ərazidə yerləşən digər qurumların aidiyyəti əməkdaşlarına da sözügedən təlim keçirilib.

Növbəti günlərdə Azərbaycan Dövlət Dəniz Akademiyası, Təlim Tədris Mərkəzi, Azərbaycan Dənizçilik Kolleci, “Yaxt Klub” MMC, “Dənizçilər poliklinikası” MMC və  Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarına təlimlər keçiriləcək.

Təlimlər ümumilikdə ASCO-nun müxtəlif strukturlarında çalışan 150-dən çox əməkdaşını əhatə edəcək.