Xəbərlər
![](https://www.asco.az/sites/default/files/asco-ichsehife.jpg)
Yanğınsöndürmə üzrə təlim uğurla başa çatıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının (XDND) əməkdaşları üçün yanğınsöndürmə təlimi keçirilib.
XDND-nin limanbaza ərazisində baş tutan təlimdə könüllü yanğınsöndürmə dəstəsinin manqaları və Xətai rayon yanğından mühafizə komandası iştirak ediblər. Təlimə “Hövsan-2” yedək gəmisi və 2 yanğınsöndürən avtomobil də cəlb olunub.
Təlim kiçik həcmli yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə ləvazimatlarından istifadə qaydaları ilə bağlı manqa üzvlərinin təcrübələrini artırmaq məqsədilə keçirilib.
Şərti yanğın yerinə “Hövsan-2” yedək gəmisindən köpüklə yanğının söndürülməsi nümayiş olunub. Bundan başqa, yanğınsöndürmə avtomobilindən 2 xətt açılaraq su ilə şərti yanğın söndürülüb.
XDND-nin könüllü yanğınsöndürmə dəstəsinin manqalarına və Xətai rayon yanğından mühafizə komandasının üzvlərinə ərazidəki yanğınsöndürmə sistemləri və onların iş prinsipləri barədə də məlumat verilib.