Xəbərlər

Çindən Almaniyaya gedən yük qatarı “Maestro Niyazi” gəmisi ilə Qazaxıstandan Azərbaycana yola salınıb
Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb.
Yük qatarındakı konteynerlər buradan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.
ASCO-nun İstismar-kommersiya departamentindən bildirilib ki, “Maestro Niyazi” fider gəmisinin mayın 5-də Hövsan limanına çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.