× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA-nın dördüncü tədris ilini bitirən tələbələrinə Yekun Dövlət Attestasiyası Komissiyalarının protokollarına əsasən “Bakalavr” dərəcəsi verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının  dördüncü tədris ilini başa vuran tələbələrə Yekun Dövlət Attestasiyası Komissiyalarının protokollarına əsasən “Bakalavr” dərəcəsi verilib.

“Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının 62 əyani, 7 qiyabi və təkrar ali təhsil alan tələbəsi, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının isə əyani  təhsil alan 35 tələbəsi məzun adını qazana bilib.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasından 56 əyani, 5 qiyabi və təkrar təhsil alan tələbə, “Elektrik mühəndisliyi” ixtisasından 43 və “Proseslərin avtomatlaşdırılması” ixtisasından 18 tələbəyə “Bakalavr” dərəcəsi verilib.

Akademiyanın 7 tələbəsinin Ümumi Orta Müvəffəqiyyət Göstəriləri 91-100 bal aralığında olub və onlar fərqlənmə diplomuna layiq görülüblər.

Əvvəlki illərdə dövlət imtahanına buraxılmayan, dövlət imtahanından kəsilən və hər hansı bir səbəbdən imtahanda iştirak etməyən 68 tələbəyə də bakalavr diplomu veriləcək. Onlar bütün imtahanlar üzrə akademik borclarını ödəyiblər.

Qeyd edək ki, bu il diplom alan bakalavrlar Yekun Dövlət Attestasiya İmtahanında iştirak etməyiblər. Belə ki, koronavirus pandemiyasının ölkənin təhsil müəssisələrində tədris prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin qərarına və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyələrinə  uyğun olaraq bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunublar. Bu qərar əvvəlki illərdə Dövlət İmtahanından kəsilən tələbələrə də şamil edilib.