× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

2500 ton yükqadırma qabiliyətinə malik “Azərbaycan” kran gəmisi təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus 2500 ton yükqadırma qabiliyətinə malik “Azərbaycan” kran gəmisinin əsaslı təmiri uğurla başa çatıb.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir çərçivəsində baş mühərriklərin yağ və su soyuducuları, nasoslar, hava balonlarının armaturları, mexanizmlərin dəniz suyu ilə soyutma və yağ sistemlərinin boru xətləri, çirkab su boru sistemləri təmir olunub. Elektrik avadanlıqlarında yaranmış nasazlıqlar aradan qaldırılıb, çirkab su çənləri tam təmizlənib, 30 və 400 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb. Helikopter meydançasının qoruyucu torları üzərində quraşdırılmış borular yenisi ilə əvəzlənib. Suüstü sahələr və baş göyərtə  təmizlənərək rənglənib.

Gəmi tərsanəyə qaldırılaraq avar və sükan qurğlarınınn hidravlik idarəetmə sistemləri təmir olunub. Sınaq yoxlama işlərindən sonra “Azərbaycan” kran gəmisi suya buraxılıb.  

Qeyd edək ki, sözügedən gəmi 1980-ci ildə istismara verilib. 1996-cı ildən avar və sükan qurğularında yaranmış nöqsanlar səbəbindən onun hərəkətini təmin etmək üçün yedək gəmilərindən istifadə olunub. 2020-ci ildə gəminin hərəkətinin təmin olunması ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, 2 ədəd sükan qurğusu və digər lazımi hissələr “Bibiheybət” Gəmi təmiri Zavodunda hazırlanaraq yerinə quraşdırılıb. Bundan başqa, avar qurğuları təmir olunub, sualtı hissədə təmizlənmə rəngləmə işləri aparılıb, protektor qurğularının və dib-yan armaturlarının texniki vəziyəti  yoxlanılıb. Həmçinin, ballast çənlərinin tam təmizlənməsi işləri görülüb. Sınaq yoxlama işləri aparıldıqdan sonra gəmi suya buraxılıb. Gəmi klass həcmində Rusiya Dəniz Təsnifat Cəmiyyətinin müfəttişinə təqdim olunub. Tərsanə işlərini “Bakı Gəmiqayırma Zavodu” MMC-yə məxsus üzən tərsanədə “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşları həyata keçirib.