Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ABS-nin nümayəndəsi Gəmiçilikdə seminar keçirib 25.10.2018 14:17 Amerika Gəmiçilik Bürosunun (ABS) Türkiyə, Gürcüstan və Xəzər dənizi bölgəsi üzrə meneceri Seyfəttin Tatlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbər heyəti və ASCO-nun alyans tərəfdaşı olan “Caspian Marine Servises”in (CMS) əməkdaşları üçün seminar keçirib. Seminarda dünya gəmiçiliyində tətbiq olunan yeniliklər haqqında məlumat verilib. Seyfəttin Tatlı artıq bu sahədə innovasiyaların tətbiqinə başlanıldığını, 2020-ci ildən isə dünya gəmiçiliyində texnoloji baxımdan yeniliklərin daha sürətlə artacağını qeyd edib. ABS nümayəndəsinin sözlərinə görə, qarşıdakı illərdə dünya sularında üzəcək gəmilər çoxfunksionallığı ilə yanaşı, ekoloji baxımdan da ətraf mühitə daha az ziyan vuracaq. Maraqlı məlumatları Azərbaycan dənizçiləri ilə bölüşdüyünə görə Seyfəttin Tatlıya təşəkkür edən ASCO-nun sədri Rauf Vəliyev rəhbərlik etdiyi qurumda da dünya gəmiçiliyində tətbiq edilən yeniliklərin izlənildiyini bildirib. İnteraktiv formatda baş tutan seminara ASCO-nun Türkiyə ofisinin nümayəndələri də birbaşa video bağlantı ilə qoşulublar.