ASCO-ya işə qəbul zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin məzunlarına üstünlük verilir.
ASCO-nun www.asco.az saytının “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Vakansiyalar” hissəsini mütəmadi izləməli, ixtisas və peşənizə uyğun vakansiyanın tələbləri ilə tanışlıqdan sonra elektron müraciət formasını doldurub, işə qəbul müsabiqəsində iştirak etməlisiniz. İşə qəbulla bağlı daha ətraflı məlumatı veb-saytımızın “Karyera” bölməsinin “İşə qəbul prosesi” bölümündən əldə edə bilərsiniz.
ASCO-da işə qəbul yalnız www.asco.az saytının “Karyera” bölməsindən elektron müraciət formasını doldurmaqla həyata keçirilir. Elektron poçt (E-mail), faks, teleqram, telefonoqram və digər vasitələrlə təqdim edilən müraciətlər və yazılı ərizələr ASCO-ya işə qəbulla bağlı müsabiqədə iştirak üçün əsas götürülmür.
Sizin ASCO-da əmək münasibətlərinizə xitam verilibsə, Cəmiyyətdə yenidən işlə təmin olunmaq üçün şirkətin www.asco.az saytının “Karyera” bölməsinin “İşə qəbul” bölümünü mütəmadi izləməli, peşə və ixtisasınıza uyğun vakansiyalar olduqda, elektron müraciət formasını doldurmaqla müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, əmək münasibətlərinizə xitam verilən zaman şirkətlə razılaşma protokoluna əsasən, Sizə müvafiq kompensasiya ödənilibsə, ASCO namizədliyinizə baxmamaq hüququnu özündə saxlayır.
Vakansiyalar haqqında məlumatı www.asco.az saytının “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Vakansiyalar” hissəsindən əldə edə bilərsiniz.
ASCO yaranan dövrdə Sizin əmək münasibətlərinizə xitam verilibsə, Cəmiyyətdə yenidən işlə təmin olunmaq üçün www.asco.az saytının “Karyera” bölməsinin “İşə qəbul” bölümünü mütəmadi izləməli, peşə və ixtisasınıza uyğun vakansiyalar olduqda, elektron müraciət formasını doldurmaqla müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, əmək münasibətlərinizə xitam verilərkən, şirkətlə razılaşma protokoluna əsasən, Sizə müvafiq kompensasiya ödənilibsə, ASCO namizədliyinizə baxmamaq hüququnu özündə saxlayır. Bundan başqa, “ASCO İRİD-də ixtisara düşmüş işçilərin ehtiyat bazası yaradılmışdır ki, profilinizə uyğun vakansiya olanda Sizinlə əlaqə saxlanacaqdır.
ASCO-nun www.asco.az korporativ veb səhifəsində vakansiyalar üzrə etdiyiniz müraciətlə işə qəbul müsabiqəsinə çağırılmasanız belə, profiliniz uyğundursa, kadr ehtiyatı bazasında qalır və münasib vakansiya olanda Sizinlə əlaqə saxlanılır.
Müəssisə daxilində başqa işə keçirilmə struktur bölmələrin rəhbərlərinə həvalə edildiyinə görə, Siz başqa işə keçirilmə ilə bağlı işlədiyiniz müəssisənin rəhbərliyinə müraciət edə bilərsiniz. ASCO-da ixtisasınız istiqamətində yenidən işə qəbul edilməyinizlə bağlı isə Cəmiyyətin www.asco.az saytına daxil olmaqla müvafiq vakansiyalar haqqında məlumat ala bilərsiniz.
ASCO saytında “Ro-RO və bərələrin izlənməsi” bölməsi var. Orada lövbərdə, limanda və yolda olan gəmilər haqqında məlumatlar yenilənir.
ASCO saytında “Yüklərin izlənməsi” bölməsində 3 parametrə uyğun axtarış mümkündür.
Bir istiqamətə olan qiymət :
Ələt (Bakı)-Türkmənbaşı-Ələt (Bakı)
2 yerlik kayutda 1 nəfər üçün 60 ABŞ dolları
4 yerlik kayutda 1 nəfər üçün 55 ABŞ dolları
6 yerlik kayutda 1 nəfər üçün 50 ABŞ dolları
Ələt (Bakı)-Kurık-Ələt (Bakı)
2 yerlik kayutda 1 nəfər üçün 80 ABŞ dolları
4 yerlik kayutda 1 nəfər üçün 70 ABŞ dolları
6 yerlik kayutda 1 nəfər üçün 60 ABŞ dolları
Ödəniş Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş günündəki ABŞ dolları məzənnəsi əsasında AZN ilə aparıla bilər.
Ələt (Bakı)-Türkmənbaşı istiqamətində gedən sərnişinlər üçün əlaqə nömrəsi: +99455 9999 061
Ələt (Bakı)-Kurık (Aktau) istiqamətində gedən sərnişinlər üçün əlaqə nömrəsi: +99455 9999 124
Sərinişin bileti həm kassadan həm də onlayn saytdan ala bilər.
Kassanın əlaqə nömrələri
Ələt (Bakı)-Türkmənbaşı +99455 9999 061
Ələt (Bakı)-Kurık +99455 9999 124
Dispetçer +99455 9999 094
Onlayn qaydada bilet almaq üçün müştəri aşağıdakı linkə daxil olur və ona uyğun məlumatları qeyd edir.
Bilet alarkən qeyd etdiyi e-mail ünvana gələn 16 rəqəmli kodu, yola düşmədən əvvəl Ələt kassasına təqdim etməli, əvəzində gəmi adı olan yekun bileti ödənişsiz əldə etməlidir. Sərnişinlər Ələt limanında çox gözləməmək üçün kassa ilə əlaqə saxlayaraq, kassadan tövsiyyə olunan vaxtda, yəni gəminin gəlmə vaxtına yaxın Ələt limanına yola düşməlidirlər.
Sərnişin onlayn qaydada bileti qaytarmaq üçün aldığı zaman ona göndərilən elektron biletin PDF versiyasını və şəxsiyyət vəsiqəsini alatkassa@asco.az və ya ASCO-nun “Çat” bölməsinə göndərərək bileti geri qaytarmaq istədiyini yazmalıdır.
Azərbaycan Respublikasının quru sərhədlərində karantin dövrü ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlər Ələt limanı Sərhəd Xidməti tərəfindən də tətbiq edilir. Daha geniş məlumat üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha və digər aidiyyəti orqanlara müraciət etməniz tövsiyyə olunur.
Gəminin dəqiq nə vaxt yola düşmə vaxtı yükün yığılmağından və hava şəraitindən asılı olduğu üçün əvvəlcədən bu barədə məlumat vermək mümkün deyil. Getmək istəyini kassa ilə əlaqə saxlayaraq əvvəlcədən bildirmiş sərnişinlərə gəminin çıxma vaxtına bir neçə saat qalmış zəng olunaraq Ələt limanına yaxınlaşmaları xahiş olunur.
Heyvan sahibləri daşıdıqları heyvanlara görə quduzluq və yoluxucu xəstəliklərin olmamasını təsdiq edən baytarlıq sertifikatına malik olmalıdırlar.
Sərnişinlərin öz yanlarında, kayutlarda daşınan heyvanlar xüsusi konteynerlərdə və ya qəfəslərdə olmalıdırlar. Daşınan heyvanlar yolboyu öz konteyner və ya qəfəslərindən kənara buraxılmamalıdır. Bundan əlavə heyvan sahibləri daşıdıqları heyvanların yolboyu gəmini kirlətməməsinə diqqət etməli, ehtiyac yaranarsa müvafiq təmizlik işlərini özləri həyata keçirməlidirlər. Bu baxımdan heyvan sahibləri ciddi məsuliyyət daşıyırlar.
Bərələr Xəzərdə Qazaxstanın Kurık və Türkmənistanın Türkmənbaşı limanı istiqamətində daşımaları həyata keçirir.
5 yaşına qədər (5 yaş daxil olmaqla) uşaqların gedişi pulsuzdur.
6-yaşdan – 12 yaşa qədər (12 yaş daxil olmaqla) uşaqların gediş haqqına 50% endirim tətbiq edilir (müvafiq təsdiqedici sənəd təqdim olunduğu halda).
Sovet İttifaqı Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları və Şəhid ailələri üçün gediş pulsuzdur. (ildə bir dəfə hər iki istiqamətdə, müvafiq sənədlər təqdim edilməklə)
Aşağıdakı şəxslərin gediş haqqına 50% endirim tətbiq edilir (ildə bir dəfə hər iki istiqamətdə, müvafiq sənədlər təqdim edilməklə):
1) Böyük Vətən Müharibəsi, Əfqanıstan Müharibəsi və Qarabağ Müharibəsi iştirakçıları
2) 20 yanvar və Çernobıl əlilləri
3) 1-ci və 2-ci qrup əlilləri
Sərnişin, əldə etdiyi bileti qaytarmaq istəyərsə, bu haqda şəxsən özü gəmi limandan çıxmamışdan əvvəl şəxsiyyəti təsdiq edən sənədlə kassaya müraciət edərək həmin bilet üçün ödədiyi məbləği 100% həcmində geri ala bilər.
Əgər sərnişin üzürlü səbəbdən (xəstəlik, bədbəxt hadisə, və s. – müvafiq sənəd təqdim etməklə ) şəxsən kassaya yaxınlaşa bilmədiyi halda, səfərə çıxa bilməyəcəyi haqda gəmi çıxmadan əvvəl Daşıyıcını məlumatlandırarsa, (sms və ya elektron poçtla - alatkassa@asco.az ), bu halda Daşıyıcı, gəmi çıxdıqdan sonra 72 saat ərzində Sərnişinə alınan biletin növbəti səfər biletinə dəyişdirmək və ya bilet dəyərini 100% həcmində geri almaq hüququ verir.
Sərnişin 100 kq-a qədər əl yükü götürmək hüququna malikdir. Sözügedən normadan artıq olan əl yükü göyərtə yüklərinin daşınması tarifi ilə hesablanacaqdır. Bu zaman həmin yükün palet üzərində qablaşdırılması da tələb olunur.
ASCO-nun saytıdan (Nəqliyyat vasitələri və digər yüklərin daşınma tarifləri bölməsindən) bu barədə məlumat əldə etmək mümkündür.