× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Vakansiyalar

Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.

Vakansiya nömrəsi #289998
Vakansiyanın adı İkinci mexanik
Qurumun adı Dəniz Nəqliyyat Donanması
Qurumun struktur bölməsinin adı Üzən heyət
Qurumun ünvanı Bakı şəhəri, Zığ şossesi-2236
Vakansiyanın kateqoriyası Komandir heyət
Əməyin ödənilmə dərəcəsi 11
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər 777 AZN ( vəzifə maaşı) 583 AZN (əlavə ödəniş)
Əlavə ödənişlər : dəniz, səhra, ağır zərərli və s. iş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və s Ezamiyyət xərcləri əvəzinə günlük ödəniş - 37 USD (vergidən azad)
Əmək şəraiti Dəniz
İş vaxtının norması Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun
Siğorta təminatı Tibbi sığorta
İş yerinə çatdırılma Var
Təhsil səviyyəsi Ali və ya orta ixtisas dənizçilik təhsili (sahə üzrə)
Tələb olunan sertifikatlar •İkinci mexanikin işçi diplomu (Dövlət Dəniz Agentliyi tərəfindən verilir) •Dənizçi pasportu (Dənizçinin qeyd kitabçası) • SOLAS (Yanğınla mübarizə üzrə geniş proqram; Sürətli olmayan qayıq və sallar üzrə mütəxəssis; neft və kimyəvi maddələri daşıyan tankerlərdə yük əməliyyatlarına dair ilkin hazırlıq; neft tankerlərində yük əməliyyatlarına dair geniş proqram üzrə hazırlıq; təhlükəli və zərərli yüklərin daşınması, böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq; izdihamın idarəolunması üzrə hazırlıq; sərnişinlərin, yükün və gövdənin təhlükəsizliyi üzrə hazırlıq) • Gəmidə ilk tibbi yardım • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat • Əmniyyətli idarəetmə üzrə beynəlxalq məcəllə • Maşın şöbəsinin resurslarının idarə edilməsi • Liderlik və birgə iş fəaliyyəti • Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı • İxtisasartırma və təkmilləşdirmə kursları
Tələb olunan minimum iş stajı 3 il (sahə üzrə)
Tələb olunan kompüter bilik səviyyəsi MS Office
Tələb olunan xarici dil bilik səviyyəsi Rus və ingilis dilləri (orta səviyyədə)
Hərbi xidməti Vacibdir
Əmək müqaviləsinin müddəti Müddətli
Vəzifə (peşə) təlimatı • Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarının yerinə yetirilməsini təmin edir, hamiliyində olan texniki vasitələrin aşkar edilmiş nöqsanlarını aradan qaldırır, mexaniki qurğunun iş planını tərtib edir və onu təsdiq etmək üçün böyük mexanikə təqdim edir; Böyük mexaniklə razılaşdırmaqla tabeliyində olan heyət üzvlərinin iş və istirahət vaxtlarının uçotunu aparır; • Silindrin, əsas mühərrikin, turbin gövdəsinin və başqa əsas mexanizmlərin bağlanmasında, həmçinin onların sınaq üçün işə salınmasında və təmir-profilaktika işlərinin yerinə yetirilməsindən sonra işə salınmasında iştirak edir; hamiliyində olan sahə üzrə təmir cədvəllərini tərtib edir, sahil və Gəmi mütəxəssisləri tərəfindən yerinə yetirilən texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarət edir, həmçinin tabeçiliyində olan heyət üzvlərinin işinə bilavasitə rəhbərlik edir; • Mexaniki qurğunun təlabatı üçün lazım olan dəyişək-ehtiyat hissələri, ləvazimat, material, sürtgü yağına sifariş verir, onların qəbulunu və uçotunu təmin edir; İşlərin təhlükəsiz görülməsini, yanğından mühafizə qaydalarının təhlükəsizlik texnikası qayda və təlimatların yerinə yetirilməsini təmin edir, maşın şöbələrindəki qaldırıcı mexanizm və qurğuların saz vəziyyətdə olmasına nəzarət edir; • Yük sahələrini və sistemlərinin sınağını vaxtında keçirir, aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə tədbirlər görür, öz sahəsi üzrə təyin olunmuş texniki sənədləri tərtib edir.
Tələb olunan bilik və bacarıqlar Donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini; texniki xüsusiyyətlərini, Gəmi inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri; dəniz donanması Gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.
Vakant ştat sayı 5
Vakansiyanın elan olunma tarixi 28.11.2019
Son müraciət tarixi 28.12.2019