Vakansiyalar
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
Vakansiya nömrəsi | #897793 |
Əməyin ödənilmə dərəcəsi | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair | Qanunvericiliyə uyğun |
Əmək şəraiti | Sahil obyektləri |
İş vaxtının norması | Həftəlik 40 saat, 5 gün (saat 08.00-17.00) |
Sığorta təminatı | Var |
Yataqxana təminatı | Yoxdur |
İş yerinə çatdırılma | Var |
Təhsil səviyyəsi | Peşə-ixtisas |
Tələb olunan iş stajı | Sahə üzrə minimum 1 il |
Tələb olunan kompüter bilik səviyyəsi | Tələb olunmur |
Tələb olunan xarici dil bilik səviyyəsi | Tələb olunmur |
Əmək müqaviləsinin müddəti | Müddətli |
Vəzifə (peşə) təlimatı | • Xüsusilə mürəkkəb gəmi sxemlərinin, avtomatika sistemlərinin, avtomatika bloklarının, generatorların, elektrik mühərrikli əsas cərəyan paylaşdırıcı lövhələrinin elektrik mühərrikləri və digər aparaturalarla qoşulması; Kabel yollarının, elektrik avadanlığının və elektrik paylaşdırıcı qurğuların bütün növlərdən olan, istənilən mürəkkəblikli gəmilərdə yerləşdirilməsinin prinsipal quraşdırma sxemlərinin tərtib edilməsi; • İstənilən mürəkkəblikli stansiya, blok və aparaturaların təcrübə nümunələrinin quraşdırılması; Gəmi elektrik avadanlığının, avtomatika bloklarının, əsas maşınların, statik dəylşdiricilərin, idarəetmə lövhə və stansiyaları olan generatorların qüsurlarının müəyyənləşdirilməsi və təmir cədvəllərinin tərtib edilməsi; • Stend şəraitində xüsusilə mürəkkəb gəmi elektrik və bütövlükdə sistemlərin avadanlığının iş xüsusiyyətləri və pasportları tərtib edilməklə sınağa hazırlanması və sınaqdan keçirilməsi, elektromexaniki və radiotexniki cihaz və sistemlərin nizamlayıcısı ilə birlikdə avadanlığın nizamlanması. |
ələb olunan bilik və bacarıqlar | • Xüsusi mürəkkəblikli aparatların quruluşu və təyinatını, gəmilərdə radiostansiyaların enerji mənbələrini və onların istismarını, gəmi elektrik iş prinsipini və istismar qaydalarını, cihazların işindəki nasazlıqların tapılmasını və aradan qaldırılmasını; • Bütün növ sistemlərin təmiri qaydalarını, cihazların texniki xasiyyətnamələrini tərtib edilməklə onların stend sınaqlarını və təhvilini, gəminin qəbuledici və ötürücü cihazlarının dəstinə daxil olan aparaturaların növləri, təyinatı və istismar qaydalarını, onların bütün elementlərinin təyinatı, qoşulması, yoxlanılması, sazlanması qaydalarını; Ötürücü radiomərkəzlərdə istifadə edilən siqnal, təcridetmə və avtomatika sistemlərini, onların dövrələrinin yoxlanma qaydalarını; • Ötürücülərin gücünü müəyyənləşdirmə metodlarını, güclü ötürücülərin lampalarının anodlarının soyudulması üsullarını; Qəbuledici-ötürücü aparaturaların komplektləşdirilmə qaydalarını; Radiostansiyaların enerji mənbələrini, onların yoxlanma, gəmilərdə qurulma və istismar qaydalarını; təmir edilən aparaturaların sınaq və təhvil proqramlarının texniki şərtlərini; radiostansiyaların təmir, nizamlama və kökləmə ardıcıllığı və metodlarını bilməlidir. |