× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Vakansiyalar

Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.

Vakansiya nömrəsi #553622
Vakansiyanın adı İkinci mexanik
Qurumun adı Dəniz Nəqliyyat Donanması
Qurumun struktur bölməsinin adı Üzən heyət
Qurumun ünvanı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi-2236
Vakansiyanın kateqoriyası Komandir heyət
Əmək haqqı Fərdi müqavilə əsasında beynəlxalq bazarın standartlarına cavab verən əmək haqqı
İmtiyazlar •Tibbi sığorta•Sertifikatlara nəzarət,təlimlərin və sertifikat xərclərinin qarşılanması•Səfər xərclərinin qarşılanması
Əmək şəraiti Dəniz
İş vaxtının norması Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun
Təhsil səviyyəsi Ali və ya orta ixtisas dənizçilik təhsili (sahə üzrə)
Tələb olunan sertifikatlar • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “3000 kV və artıq olan gəmilərdə İkinci mexanik” işləməsini təsdiq edən “İşçi diplomu”; • Aidiyyəti üzrə quru yük, tanker, bərə və ro-ro gəmilərində işləmək üçün tələb olunan sertifikatlar; • Dənizçinin qeyd kitabçası; • Dənizçinin şəxsiyyət sənədi.
Tələb olunan minimum iş stajı İkinci mexanik vəzifəsi üzrə ən azı 5 il
Tələb olunan kompüter bilik səviyyəsi MS Office
Tələb olunan xarici dil bilik səviyyəsi Rus dili (yaxşı) ; İngilis dili (arzuolunandır)
Əmək müqaviləsinin müddəti Müddətsiz
Vəzifə (peşə) təlimatı • Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarının yerinə yetirilməsini təmin edir, hamiliyində olan texniki vasitələrin aşkar edilmiş nöqsanlarını aradan qaldırır, mexaniki qurğunun iş planını tərtib edir və onu təsdiq etmək üçün böyük mexanikə təqdim edir; Böyük mexaniklə razılaşdırmaqla tabeliyində olan heyət üzvlərinin iş və istirahət vaxtlarının uçotunu aparır; • Silindrin, əsas mühərrikin, turbin gövdəsinin və başqa əsas mexanizmlərin bağlanmasında, həmçinin onların sınaq üçün işə salınmasında və təmir-profilaktika işlərinin yerinə yetirilməsindən sonra işə salınmasında iştirak edir; hamiliyində olan sahə üzrə təmir cədvəllərini tərtib edir, sahil və Gəmi mütəxəssisləri tərəfindən yerinə yetirilən texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarət edir, həmçinin tabeçiliyində olan heyət üzvlərinin işinə bilavasitə rəhbərlik edir; • Mexaniki qurğunun təlabatı üçün lazım olan dəyişək-ehtiyat hissələri, ləvazimat, material, sürtgü yağına sifariş verir, onların qəbulunu və uçotunu təmin edir; İşlərin təhlükəsiz görülməsini, yanğından mühafizə qaydalarının təhlükəsizlik texnikası qayda və təlimatların yerinə yetirilməsini təmin edir, maşın şöbələrindəki qaldırıcı mexanizm və qurğuların saz vəziyyətdə olmasına nəzarət edir; • Yük sahələrini və sistemlərinin sınağını vaxtında keçirir, aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə tədbirlər görür, öz sahəsi üzrə təyin olunmuş texniki sənədləri tərtib edir.
Tələb olunan bilik və bacarıqlar Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsində “2-ci mexanik” vəzifəsinə aid bütün tələbləri; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.
Vakant ştat sayı 20
Qeyd 1 Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır.
Qeyd 2 Müsabiqə zamanı hərbi bilet tələb oluna bilər
Vakansiyanın elan olunma tarixi 2023-09-05
Son müraciət tarixi 2024-12-31
CV GÖNDƏRİN